Mən hər şeyi yola verərdim ama təəssüf ki bu həyatdı Arzularımı sahilə cızmışdım dalgalar vurub apardı Yollara baxardım mən həmişə pəncərədən Gecələrsə ay ilə birlikdə səmaya ulduz taxardım Yorulmuşam yorğunluqdan, sığınacaq yerim var artıq Səhv yazılmış hərf kimi gizlənəcəm sətirlərdə Vaxt var idi danışılan nağılların dərinliyinə varardıq Sehrli illər tez uçub gedir, indi başlayır hələ kimlərdə Böyüdükcə anlayırsan kim dostdu və kimdi düşmən Və güvəndiklərin vurur zərbə arxadan üzdə gülüşnən Yenicə sevgiyə inanıb yaşamaq istərkən əsl eşqi Ömür keçirməkçün balaca tələ olduğunu başa düşürsən Qaça bilirsən düşünürsən ama yolun axırı durduğun yer Və tikirsən bilə-bilə ki, söküləcək qurduğun ev Yığılıb bir küncə vicdanını əlində saxlasanda Həyat qollarını kəsəcək və düşər əlindən tutduğun şey Yalan olsun ya olmasın ferqi yox yalan həyatda Sıfırdan başlamaq lazım gəlir bəlkə də az qalıb vaxta Hər bəxtə bir açar verdi Tanrı axtaran tapacaq Mən açardan daha çox qaldım Tanrını axtarmaqda Seçdiyimiz yollar və yaşadığımız həyat tərzi Hər kəs öz düşüncəsinə uyğun onsuz qurur nəbzi Kimlərsə yenicə başlayır üzməyə kimlərsə batır Bəlkə də indiki zamana lazımdı Nuhun gəmisi Səmalar doğma mənə hər gecə baxdığım ulduzlar Bilirəm əlləri və gözləri göyə tutur ancaq yolsuzlar Və bu yazdığım sətirlər hələ də buraxmır məni Bağlayacam nə vaxtsa bu kitabı onsuzda Yazacaqdım alın yazımı ama yazdım bu şeri Yenə də yazardım zamanı döndərsəydilər geri Öyrəndim artıq bilirəm sabah da bu günüm kimidi Və bir də keçmişi yada salmağın yoxdur xeyri!