Verse 1. Bir şey deyim; Synaps, All in yaxşı bilir işi Bura, hər təbəqədən hər kəsimdən MC-lərin beşiyi Qafiyə axtarmıram heç, özləri məni tapır Bizim uşaqlar da bilir başım köhnə kitab yeşiyi. Nə olsun ki, külliyata bu qədər adam heyran Hər konsertdən sonra acılı toyuq dönəri ayran Biz evdə bişən şiriniyyatlar(ı) aşırdırıq çaynan Maşınımızda asta səslə Kürdəxanılı Bayram. Mən belə tip şeirlərin gündə on-un yazım atım Nə fayda?! itib gedir qarın qatım Ki, baxış yüz minləri vurdu deyəmi harınladım? (Yox, yox, yox) Hər gün işdən ayaqla, şəhərə düşdüm - arıqladım. Köhnə tükənmiş MC-lər, tüpürmüşəm – silər! Dəbdən düşən, özkeçmiş’ə tüpürmüş MC-lər (Güya ki) mənə atılan atmacalara gülürmüş MC-lər Dedilər “All in Label” arxasından hürürmüş MC-lər, Dedim:
Verse 2. Həkk elədim musiqiləri yazarların kitablarına, Oxusunlar başımı qatım, dirəşməyim ki day bunlarla Gecələr düşünürəm ki, xeyli sonra dinləyəcək pickup’lardan Oğlum məni öyrənəcək kitablardan. (Sonra) qərara gəlib qarışdırdım ədəbiyyatla rep biliyimi Ədəbiyyatımı xodlayan elə rep biliyidi Yadıma gəlir “Makar10” albomum çıxanda DMB idim Amma hamı gəldi təqdimata, o vaxt rep bir idi. Repçi yaxşı proektləri alındırar asan Əgər gündə xeyli məşq edib, demo-lar hazırlasa Necə ki, uğur tapan musiqiləri yazan Şəhri yol yortub Düz altı il avtobusla Xirdalan ilə, Qafqaz-a. Ağır uşaqlıq keçirən gəlib bizlə oynamasın! Ciddi işlər olan yerdə yoxdu sizlə oynayasım Mən başqalarını bilmirəm amma Bir də bizimkilərə soxuşdurma(ginən) rep adıyla oyun havasın!