Səni qəlbimdə, gəzdirib hər an Eşqimiz bilməsin, dedi hicran Ala gözlü yarım mənim ki sən bildin... Sənin eşqindən (ay aman) ağladım güldüm, ağladım güldüm.
Gülə bilməz gülüm, bahar sənsiz Ürəyim od tutub, yanar sənsiz
Gülə bilməz gülüm bahar sənsiz Ürəyim od tutub yanar sənsiz, gülüm sənsiz
Gördüm o xurşidi-hüsnün ixtiyarım qalmadı Sayə tək bir yerdə durmağa qərarım qalmadı
Aaay... Füzuli... il qəm o əqyarin oldu yar üçün Suzi dildən qeyri bir dilsuz yarım qalmadı
Aman... aman... yarım qalmadı
Dönmərəm heç sözümdən ey canan Getmə bir an gözümdən ey canan Səndən ilham alar mənim könlüm Məni səndən inan gözəlim ayırmaz ölüm, ayırmaz ölüm
Gülə bilməz gülüm bahar sənsiz Ürəyim od tutub yanar sənsiz
Gülə bilməz gülüm bahar sənsiz Ürəyim od tutub yanar sənsiz, gülüm sənsiz Ürəyim od tutub yanar sənsiz, gülüm sənsiz