Dözülmək ağrı kimidi insan izdihamı Xiyabanlara köçən dahilər indi hanı Ölü evdən səhnələr,iblisin intiqamı Xarabadan qeydlər və Mən xəbərsizəm Nə qədər düzünü yazsanda tarixə alınmır Buralarda güllələnmə təxirə salınmır Qalın tarix kitablarındada iyrənirəm Onlar bizi iynələyirlər ,Mən xəbərsizəm Hər inqilabdan sonra adı dəyişən parkam mən Ortada qalan mən ,azalan,artan mən Tarixə düşmüşəm,sən coğrafi əzariyə Daş qoydun tərəziyə ,Mən xəbərsizəm Düşüncə ölüb,pis günə düşüncə ölüb Bədənlər gördümki mən illər öncə ölüb Ruhlarını görə bilmədim amma məncə ölüb Bilmirəm səncə ölüb çünki ,Mən xəbərsizəm
Verse 2
Üzümü çevirim sizə,yağdırın tərifləri Ədəbiyyatda biz bu dövrün ədibləri Sarkazma düzmüşəm burda hərifləri Bilmirəm nədi tələbləri ,Mən xəbərsizəm Öldürə bilər məni həsrət birdə gümüş güllə O bəstələdi məndə yazdım 5-10 cümlə Deməli bu oyunlarda sən önəmli deyilsən Bəlkədə nəsə deyirsən ,Mən xəbərsizəm Yenədə oxuyar mollanız xütbələr Sırtılan sifətlər bir azda ütünlənər Tanrını unudanların inamı bütlərə Kim necə harda lütlənər mən xəbərsizəm Hər ötənə yar olan gəlir vətənə dar Və əxlaqsızda belə bir ənənə var Soyunur,geyinir əşi sənə nə var Yadaki mənə nə var ,Mən xəbərsizəm
Verse 3
Fərasət axtarırdılar tapıldı özümüzdə Ya bizlə çiyin-çiyinəsən yadaki önümüzdə Gizli yaşayanlarda var,ölüb üzdə Eşitdin,sözü gizlət ,Mən xəbərsizəm Siz Allahlaşdıranda tiranları Axtarırdım dövrümdə,tapdım fironları Və göylərə qalxanda fəryadı girovların Hara atıb tilovlarını ,Mən xəbərsizəm Nə udmağın bilindi nə də uduzmağın Danışmağınnanda qiymətlidi susmağın Deyəsən unutmusan kimdi ustadın Nələt çəkir dustağın ,Mən xəbərsizəm İyrənc görsənir saxtadırsa hörmətin Cənnətin divarlarına bir kərpic hörmədin Nə yaşamadım mən nə də ölmədim Danışmadım,eşitmədim,görmədim,xəbərsizəm