Könlümün sirdaşısan, Necə unudum səni? Gözlərimin yaşısan, Necə unudum səni? Ürəyimdə qorundun, Saçlarımda dən oldun, Alnımın qırşısan, Necə unudum səni? Çəmən yaşıl, göy dəniz. Ömrə vaxtsız-və`dəsiz
Gətirmisən qışı sən, Necə unudum səni? Ürəyimdə qorundun, Saçlarımda dən oldun, Alnımın qırşısan, Necə unudum səni? Arzuya-kama çatdıq, Biz bir dünya yaratdıq, Torpağı mən, daşı sən, Necə unudum səni? Ürəyimdə qorundun Saçlarımda dən oldun Alnımın qırşısan, Necə unudum səni?