Bu yaşam yorur məni, sizinlə gözəlləşir Ailəm,dostlar,sevgi,kədər sizinlə bütövləşir Bir sevgi üzür məni gözlərimdən yar düşən də Və yaşam çay kimidir soyuduğca o tündləşir.
Nə verdin, nə ala bilərsən ki məndən ey zalım Nə otdan nə yarpağdan nə dərmandan həzz aldım Mən səninlə nəfəs aldım, və nəfəs məni aldı Mən eşqlə səfər etdim sol yanımdan yaşam aldı apardı.
Durnasız bir qatardı həyatım, Olaydı köhnə sevgi dizlərində yataydım Etdiyin mərhəmət deyil \"etdiyin xətaydı\" Olaydı köhnə sevgi gözlərində bataydım.
Bu yaşam çox qəddar alnımızda təbaşir yazır Mənim kimi şairlərin qəlblərində bir qadın yatır Adını ömür qoydum və yazdım ki sonsuz olsun Hər kəsi sildim həyatdan, çünki onsuz olmur.
Chorus: Kimlər mənə özəl oldu, Kimlər mənə dözər oldu yarım Sona qədər mənimlə olanlar bir zaman sözlərindən dönər oldu.
Bu yaşam yorur məni, sizinlə gözəlləşir Ailəm,dostlar,sevgi,kədər sizinlə bütövləşir Bir yalan üzür məni eşidəndə doğruları Və qadın şərab kimidir, köhnələndə gözəlləşir.
Bir zaman tanımadığlarım sinəmdə sipər olub Dilimdən düşməyənlər gözlərimdən düşər oldu Doğmalarıma yadkən ürək yad birinə özəl oldu Mən səni yazdım deyə şeir gözlü gözəl oldun.
Yolumuz eyni lakin ayrı-ayrı vaqonlarda, Gedirik eyni yolu da sevmədiyimiz adamlarla Və bir gün Allah bizi doğru adama qovuşdurar Sevgidə salamdan çox sillə vuran sağollar var.