Verse: 1 (Xpert) Dostum xәrçәng xәstәsi idi. Gözlәrimin önündә şam kimi әridi, yox oldu. Elә mәn dә onun kimiyәm Tәrdәn donub keyiyәn Gözlәrim oyuq kimidi çuxurlarda qoyub geriyә Parça cızıqlar, aqressiv psix fәlsәfәsindәn qalan bu qırıntılar, Qırıqlar Yeri damarıma serumlar Dәri qabığına çürüntülәr, cızıqlar Mәn xәstәyәm keçirәm gecәlәr küçәdәn keçәnә qibtәm Xәstәxananın eyvanında bağırtılar möhkәm Fәsillәr dә saat kimidi Günәş, bulud, Yağıntılar qәribә görkәm alıb mәndәn uşaqlar da hürkәr “Simasız yadplanetli dünyanı yad edib getdi” Deyә danışarsan haqqımda Mәn elә bir әt yığını ki, qәssab belә әlini vurmaz Mәn elә bir dәrd yığını ki, rәssam belә portretimi qurmaz Qan qusuram sәhәrlәr Qәbul edib dәrmanları “Zәhәrlәn” Deyәn hәkim dә Mәnә baxanda qәhәrlәnir Taqәtdәn, düşdüm heydәn, qurtum meydәn, qullam şeydәn, meyidәm Cәsәdim üçün hәsrәtdәdi leşyeyәn Bir deyәndә beş deyәn Mәn indi beş deyәndә bir deyә bilmirәm İt kimi Ağzımdan köpük axanda professor diksinir Müalicәm nә yerdәdi özü dә bilmir Kömәk elә.. Kömәk elә… Verse: 2 (Ramires) Yatırdı solumda,Kәsiyi ilә qolunda Çiyninnәn boynuna latınca nәsә yazılmışdı yadımda Ziyarәt edәnlәr ancaq ağlıyırdı yanında Mәn isә dedim ayaqyalın oynayacam toyunda Yarı ciddi, yarı zarafat Qonşu palatada yatan ümid ölüb, sönüb apparat Apar at, kinayәli әmr aldı bir medbrat Oğraş sәnә qәnim olsun and içdiyin Hippokrat Yenә iynә, deşiylәrlә dolu çiyinә Üç saat sonra oyandım naşatırın iyinә Piyinә, sümüyә, kalına, çiyinә Fәrq etmәz әt çeynә dәrmanlar bizә artıq kömәk etmәz Bilirsәn dedi, göydәki ağ buludu görürsәn ? Çәkәndә otaqda hәmin bulud vardı, bilirsәn ? İki saatlıq mәişәtdәn uçmaq, qaçmaq uzağa Daş kimi yerә çırpılmaq ağrıdırdı, bilirsәn ? Gecәlәr Allah qonaq gәlir tәsәvvür edirsәn ? Anam inanmırdı ağlıyıb deyirdi, dәlisәn ? Heç olmasa sәn inan, öldür mәni, yorğunam Onsuzda ölәcәm burda isә ancaq yer tuturam…